Rusiya Mərkəzi Bankı “Zlatkombank”ın lisenziyasının geri çağırılması barədə qərar qəbul edib.
Banker.az bildirir ki, bu barədə Rusiya mətbuatı xəbər verir.
Məlumata əsasən, 2019-cu il 1 oktyabr tarixinə “Zlatkombank” Rusiyanın bank sistemində aktivlərin həcminə görə 408-ci yerdə olub.
Bundan başqa, Rusiya Mərkəzi Bankı “Ekonomiks-bank”ın könüllü ləğvetmə qərarı ilə bağlı bu bankın da lisenziyasını ləğv edib. Qeyd olunur ki, bank kreditorların tələblərini ödəmək üçün kifayət qədər aktivlərə sahibdir.
Report