Rusiya Federasiyası Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Kaliniçenko adına dənli bitkilər Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun direktoru Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanın evində meyiti tapılıb.
Banker.az APA-ya istinadən xəbər verir ki, meyitlərin üzərində çoxsaylı kəsik yaraları olub.
İlkin ehtimala görə, deputat və həyat yoldaşı qarət məqsədilə qətlə yetirilib.
Hüquq-mühafizə orqanları araşdırma aparır.