9 C
Baku
Monday, November 18, 2024

Rusiyada deputatlar hərbi xidmətə çağırılıb

Hakim Vahid Rusiya Partiyasından olan deputatlar “xüsusi hərbi əməliyyat zonasında” xidmət etməyə (Ukraynadakı müharibəyə) çağırılıblar.

Onlar bununla bağlı ərizələrini partiya baş şurasının katibi Andrey Turçaka təqdim ediblər.

Bildirilib ki, deputatlar Dmitri Xubezov, Dmitri Sablin, Sergey Sokol və Vitali Milonov Vahid Rusiya Partiyasından “xüsusi hərbi əməliyyat zonası”nda xidmətə çağırılan ilk dörd deputatdır.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər