Rusiyada doğum səviyyəsi tarixi minimuma düşüb.
Bu barədə Rusiya Federal Statistika Xidməti-Rosstat məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin birinci yarısında 599,6 min uşaq doğulub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,6 min uşaq azdır.
2023-cü ildə doğum səviyyəsi 1999-cu ildən bəri ən aşağı rekord həddə çatıb.
Bu yayın əvvəlində yeni doğulanların sayı 6% azalaraq 98,6 min olub. Bu, rekord göstəricidir, çünki bu rəqəm heç vaxt 100 mindən aşağı düşməyib. 2024-cü ilin birinci yarısında əhalinin təbii azalması da artıb – bu, 321,5 min nəfər təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 49 min nəfər çoxdur.