12 C
Baku
Cümə, Dekabr 3, 2021

Rusiyada dolların məzənnəsi aprel ayından bəri maksimuma çatıb

Rusiyada dolların məzənnəsi noyabrın 26-sı Moskva Fond Birjasında saat 07:34-də 75.78 rubla çatıb.

Banker.az xəbər verir ki, bildirildiyi kimi, bu, cari ilin aprel ayından bəri maksimum göstərici olub.

“BCS Express”in eksperti Mixail Zeltser valyutanın dinamikasını şərh edərkən, dolların Cənubi Afrikada çox sayda mutasiyaya malik yeni növ koronavirusa yoluxma hallarının aşkarlanması xəbəri fonunda bahalaşdığını vurğulayıb.

“Növbəti pandemiya məhdudiyyətlərinin tətbiq olunma ehtimalı artıb. Bu, ehtiyatların artması tendensiyası ilə tələbi cilovlaya bilər, – deyə ekspert vurğulayıb. – Belə bir vəziyyətdə ixracatçıların qiymətli kağızlar və inkişaf etməkdə olan ölkələrin valyutaları böyük təzyiq altında qala bilər. Fikrimcə, ABŞ dolları artan mübadilə və sosial-iqtisadi qeyri-müəyyənlik şəraitində təhlükəsiz sığınacaq olaraq qalacaq”.

Mütəxəssislərin sözlərinə görə, rubl məzənnəsinə həm də neft qiymətləri təsir göstərir. Moskva vaxtı ilə saat 10:02-də “Brent”in qiyməti 79.97 dollar təşkil edib ki, bu da bir gün əvvəl ilə müqayisədə 2.74% azdır.

Son xəbərlər
Oxşar xəbərlər
X