2 C
Baku
Saturday, December 14, 2024

Rusiyada dolların qiyməti yenidən bahalaşıb 80 rublu ötür

Rusiya rublu həftənin çərşənbə gününə ABŞ dolları qarşısında yenidən ucuzlaşaraq 80 səviyyəsinə çatdı.

Banker.az xəbər verir ki, dollar/rubl cütlüyünün məzənnəsi Bakı vaxtı ilə 16:50 radələrində 1.2380 rubl, yaxud 1.57% ucuzlaşmaqla 80.1339 səviyyəsinə qədər düşdü.

Rubl üzərində böyük satışların olması onu rəqib valyutalar qarşısında ucuzlaşdırmaqdadır.

Ötən gün Rusiya Federasiyası Ukraynadan ayrılmış iki qondarma respublikanın müstəqilliyini tanıdı. Bu qərardan sonra, Avropa İttifaqı, ABŞ, Britaniya, Kanada, Avstraliya, Yaponiya və Türkiyədə kəskin reaksiya gəldi.

Qərb artıq bir neçə Rusiya bankı qarşısında və eləcədə suveren borc satışlarına sanksiya tətbiq etməyə başladı. Hətta sistem əhəmiyyətli bankları da buna əlavə etdi.

Moskva birjası (IMOEX) son saatlarda 1.58% yüksəlməklə 3 084.74 bəndə çatıb.

tvc 4042140920394ee5cb21ae6cb02606b7

Son xəbərlər
Digər xəbərlər