28 C
Baku
Saturday, June 25, 2022

Rusiyada dövlət qulluğuna yalnız hərbi xidmət keçənlərin qəbul edilməsi təklif olunub  

Rusiyada dövlət qulluğuna yalnız hərbi xidmət keçənlərin qəbul edilməsi təklif olunub.

Bu təkliflə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin parlamentin plenar iclasında Rusiya Federasiyası Kommunist Partiyasının nümayəndələri ilə söhbət edərkən çıxış edib.

O, deputatların dövlət qulluğuna yalnız Rusiya Federasiyasının Silahlı Qüvvələrində xidmət edənlərin qəbulu üçün qanuna dəyişiklik təşəbbüsü ilə çıxış etmək hüququnun olduğunu söyləyib.

“Sizin və mənim deputatın statusu haqqında qanuna dəyişiklik etmək və təşəbbüslə çıxış etmək imkanımız var ki, Dövlət Dumasının deputatlarının bütün köməkçiləri yalnız Silahlı Qüvvələrdə xidmət etdikdən sonra işə götürülsünlər. Bəlkə də bunu regionların digər qanunverici orqanlarına, yerli özünüidarəetmə orqanlarına da şamil edək. Buna kim mane olur?”, – Volodin qeyd edib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər