“Roskomnadzor”un məlumatına görə, “Meta”ya daxil olan sosial şəbəkənin Rusiya KİV-nə senzura tətbiq etməsinə cavab olaraq “Facebook” və “Facebook Messenger” Rusiya ərazisində bloklanıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, bundan əvvəl “Roskomnadzor” dəfələrlə “Facebook”a Rusiya dövlət mediasının hesablarına qoyulan məhdudiyyətləri aradan qaldırmaq və “Facebook” reklam şəbəkəsi vasitəsilə aparılan təbliğat kampaniyasını dayandırmaq çağırışları ilə müraciət edib.
Qeyd edildiyi kimi, ölkədə həmçinin “Twitter” də bağlanıb.