27 C
Baku
Saturday, August 23, 2025

Rusiyada gələn aydan yeni sosial şəbəkə platforması bütün cihazlara yüklənəcək

Rusiyada gələn aydan etibarən yeni yaradılmış sosial şəbəkə olan “MAX” platforması bütün mobil telefon və tabletlərə yüklənməlidir.

Bu barədə Rusiya hökuməti bəyanat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyada “WhatsApp” və “Telegram” sosial şəbəkələrində bəzi məhdudiyyətlər tətbiq edilib.

Moskva bu platformaları istifadəçi məlumatlarını hökumətlə bölüşməməkdə günahlandırır və bunun terrorizm, həmçinin dələduzluq hallarının araşdırılmasına mane olduğunu iddia edir.

Məhz bu səbəbdən Rusiya sözügedən platformalara rəqib olaraq “MAX” tətbiqini ərsəyə gətirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər