Rusiya müdafiə naziri Sergey Şoyqu ölkənin silahlı qüvvələrinin sayının 30%-dən çox artırılmasını təklif edib.
O, silahlı qüvvələrin 1,15 milyon nəfərdən 1,5 milyona qədər artırılmasının lazım olduğunu bildirib.
Şoyqunun sözlərinə görə, hərbçilərdən 695 000-i məcburi hərbi xidmət keçən çağırışçılardan fərqli olaraq peşəkar müqaviləli əsgərlər olmalıdır.
Nazir, həmçinin hərbi xidmət yaş həddinin artırılmasını təklif edib.
Müdafiə Nazirliyində keçirilən toplantıda çıxış edən Rusiya Prezidenti Vladimir Putin Şoyqunun təklifləri ilə razılaşdığını vurğulayıb.
Qeyd edək ki, ABŞ və Qərbdən olan hərbi analitiklər Ukraynada 10 ay ərzində on minlərlə rus əsgərinin öldüyünü bildirir.