9 C
Baku
Monday, November 18, 2024

Rusiyada hərbi xidmətə çağırış yaşı dəyişir

Rusiya Dövlət Dumasına hərbi xidmətə çağırış yaşının 18-27 yaşdan 21-30 yaşa qaldırılması haqqında qanun layihəsi təqdim edilib.

Bu barədə “Kommersant” qəzeti yazıb.

Bildirilir ki, qanun 2026-cı ilə qədər keçid dövrünü nəzərdə tutur. Qanun layihəsi Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov, müdafiə komitəsi sədrinin birinci müavini Andrey Krasov və müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin tərəfindən irəli sürülüb.

Layihəyə görə, 2024-cü il yanvarın 1-dən dekabrın 31-dək olan müddətdə yaşı 19-dan 30-dək , 2025-ci il yanvarın 1-dən dekabrın 31-dək 20 yaşdan 30 yaşadək, 2026-cı il yanvarın 1-dən 21 yaşdan 30 yaşadək olan vətəndaşlar hərbi xidmətə çağırılacaq.

Son xəbərlər
Digər xəbərlər