9 C
Baku
Monday, November 18, 2024

Rusiyada hərbi xidmət müddəti 2 ilə qədər artırıla bilər

Rusiya Silahlı Qüvvələrində hərbi xidmət müddətinin 2 ilə qədər uzadılması təşəbbüsü ilə əlaqədar olaraq məsləhətləşmələr planlaşdırılıb və çox güman ki, bu təklif dəstəklənəcək.

Bu barədə Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondaryov bildirib.

Xatırladaq ki, buna bənzər təşəbbüslə bu ilin oktyabr ayının ortasında senator Vladimir Cabarov çıxış edib. Onun fikrincə, bu yanaşma daha da çox effektli olacaq. Belə ki, çağırışçıya (hərbi xidmətə çağırılan şəxsə) 1 il ərzində hər şeyi öyrətmək çətin olacaq.

Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet də noyabrın əvvəlində analoji fikir irəli sürüb və deyib: “Hazırkı format əsgərin keyfiyyətli hazırlığını dəstəkləmir”. Deputat həmçinin əlavə edib ki, hərbi xidmət müddətinin uzadılması ordunun döyüş hazırlığı səviyyəsini tez bir zamanda yüksəltməyə şərait yaradacaq.

Kremlin oktyabrın 21-i verdiyi bəyanata əsasən, bu təşəbbüs hələ müzakirə olunmayıb və mövzu ilə bağlı mövqe yoxdur. Kremlin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, bu məsələdə Müdafiə Nazirliyinin mövqeyi əsasdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər