Rusiyada iki illik hərbi xidmət təcrübəsinə qayıtmaq təklif olunur.
Bu təkliflər Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov çıxış edib. O, iki illik hərbi xidmət təcrübəsinə qayıtmaq barədə düşünməyi təklif edib.
Senatorun fikrincə, bu, Rusiya Silahlı Qüvvələrinin sayını artıracaq və peşəkar döyüşçülər hazırlayacaq.
Qeyd edək ki, Rusiyada hazırda çağırışçılar üçün əsas qanunvericilik aktı olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” 28 mart 1998-ci il tarixli Federal Qanununa əsasən Rusiya Federasiyasının Silahlı Qüvvələrində kişi Rusiya vətəndaşları üçün hərbi xidmətə çağırış müddəti 1 ildir.
Sovet İttifaqı dövründə isə Silahlı Qüvvələrdə qoşun növlərindən asılı olaraq hərbi xidmətə çağırış müddəti fərqli olub. 1968-ci ilə kimi hərbi xidmətin müddəti Quru Qoşunları və Hərbi Hava Qüvvələrində 3 il, Hərbi Dəniz Donanmasında 4 il, 1968-ci ildən sonra isə müvafiq olaraq 3 və 2 il olub. Ali məktəblərin hərbi hazırlıq keçməyən məzunları isə 1 il xidmət etməli olublar.