16:40
KİV deyir ki, Voronej yaxınlığındakı nüvə silahı anbarı “Wagner”in əlinə keçə bilər.
15:50
Rusiyadan Azərbaycana aviabiletlər kəskin bahalaşıb.
15:44
Qətər Xarici İşlər Nazirliyi Rusiyadakı vəziyyətin qlobal enerji və ərzaq təchizatına təsir edəcəyini bildirib.
15:39
“Moskvaya giriş-çıxış üçün hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumat həqiqətə uyğun deyil”.
Bunu Moskva şəhərinin meri Sergey Sobyanin bildirib.
“Şəhərin giriş və çıxışlarında hərəkətin dayandırılması ilə bağlı bir çox məlumatlar daxil olur. Amma bu məlumatlar həqiqətə uyğun deyil. Yoxlamaların həyata keçirilməsi üçün tədbirlərin gücləndirilməsi ilə əlaqədar nəqliyyatın hərəkətində çətinliklər yarana bilər. Lakin şəhərə giriş və çıxışda heç bir məhdudiyyət yoxdur”, – o vurğulayıb.
Moskva meri paytaxt sakinlərini təmkinli olmağa çağırıb.
O, Moskva çayı üzərində nəqliyyatın hərəkətinin müvəqqəti dayandırıldığını da qeyd edib.
15:19
Moskva həbsxanalarından birində iğtişaşlar barədə xəbərlər yayılıb.
14:11
“Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçüləri Rusiyanın Voronej şəhərində bütün hərbi obyektləri nəzarətə götürüblər.
Bu barədə “BBC News” məlumat yayıb.
Bildirilib ki, Voronej şəhər hakimiyyəti hələ bu məlumatı rəsmi şəkildə şərh etməyib. Bununla belə, Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib ki, zirehli maşın karvanının gəldiyinə dair bölgədə yalan məlumatlar yayılıb. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri əvvəlcədən elan edilmiş antiterror əməliyyatı çərçivəsində operativ-döyüş tədbirləri həyata keçirir.
***
13:59
Rusiya hərbi təhlükəyə müstəqil tab gətirmirsə KTMT-yə müraciət edə bilər.
13:53
Rusiyanın Voronej vilayətində neft zavodu yanır.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Hadisənin səbəbi açıqlanmayıb.
13:43
Rostov-na-Donu bu gün
13:25
Moskva vilayətində Don, Ural və Krım magistralları qismən bağlanıb.
12:58
Vaqner qiyamçıları Rusiya Qüvvələrinə məxsus təyyarəni Voronej vilayətində vurublar.
12:53
Rusiya Silahlı Qüvvələri Voronej vilayətində əməliyyat tədbirləri həyata keçirir.
12:02
Moskvada Vagner-ə aid reklam bannerləri sökülür.
11:30
Böyük Britaniyanın hərbi kəşfiyyatı Vaqner üsyanının “son dövrlərdə Rusiya dövləti üçün ən mühüm problem olduğunu” bildirir
10:37
Vaqner muzdluları Rostovun mərkəz və ətrafda yerləşən bütün yollarına blokpost yerləşdirib. Şəhərin giriş-çıxışı tam nəzarət altındadır.
10:30
Moskvada antiterror əməliyyatı rejimi tətbiq edilib.
https://banker.az/moskvada-antiterror-%c9%99m%c9%99liyyati-rejimi-t%c9%99tbiq-edilib/
10:21
Vaqner muzdlu şirkətinin Sankt-Peterburq şəhərindəki mərkəzi binası çevik polis dəstəsi tərəfindən mühasirəyə alınıb.
10:17
Ukrayna “Vaqner”in qiyamına münasibət bildirib.
https://banker.az/ukrayna-vaqnerin-qiyamina-munasib%C9%99t-bildirib-h%C9%99r-sey-yeni-baslayir/
10:14
Moskva vilayətindən Rostov və Voronej başda olmaqla, cənub bölgələri üzrə işləyən avtobusların hərəkəti dayandırılıb.
10:03
Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət edib:
Müraciətin tam mətni:
“Sizi Priqojinin (“Vaqner”in rəhbəri) cinayətkar macərasına və silahlı üsyanda iştirak etməyə sövq ediblər.
Bir neçə dəstədən olan bir çox yoldaşlarınız daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün səhvlərini artıq başa düşüblər.
Artıq müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən yardım göstərilib.
Sizdən ehtiyatlı olmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”.
10:01
Moskva və Moskva vilayəti ərazisində mümkün terror aktlarının qarşısının alınması məqsədilə antiterror əməliyyatı rejimi tətbiq edilib.
09:51
Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Vladimir Alekseyev Rostov-Don şəhərində “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinlə görüşüb.
Məlumata görə, danışıqlar zamanı Y.Priqojin bildirib ki, müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov onlara təhvil verilməyənədək vaqnerçilər Rostovu blokadada saxlayacaq və Moskvaya doğru hərəkət edəcəklər.
09:45
Rusiya Prezidenti Vladimir Putin bir neçə dəqiqə sonra xalqa müraciət edəcək.
09:12
Rostov “Vaqnerçi”lər tərəfindən ələ keçirilib.