6 C
Baku
Şənbə, Yanvar 22, 2022

Rusiyada içində sərnişinlər olan təyyarə radarlardan itib

Rusiyanın Kamçatka bölgəsində “An-26” sərnişin təyyarəsi radardan itib.

Banker.az Tass agentliyinə istinadən xəbər verir ki, təyyarənin dənizə düşdüyü güman edilir. Məlumata görə, “Kamatsk” hava yollarına məxsus təyyarənin göyərtəsində 22 sərnişin və 6 heyət üzvü olub. Petropavlovsk-Kamçatka marşrutu üzrə uçan laynerin eniş zamanı radardan itdiyi deyilir.

Təyyarə radardan itmədən əvvəl pilotlar xəbərdarlıq etməyib. Hazırda axtarış işləri davam edir. Layner 1982-ci ildə istifadəyə verilib

Son xəbərlər
Oxşar xəbərlər