6 C
Baku
Sunday, December 15, 2024

Rusiyada ilk rübdə vergi daxilolmaları 12,2 faiz artıb

Rusiyanın Federal Vergi Xidməti (FVX) bu ilin yanvar-mart aylarında məcmu xəzinəyə 5,2 trilyon vergi ödəyib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz çoxdur. FVX-nin rəhbəri Mixali Mişustinin sözlərinə əsasən, ilk rüb ərzində mənfəət vergisinin həcmində 14,1 faiz, əlavə dəyər vergisnin həcmində isə 11 faiz artım olub. Fiziki şəxslərin gəlir vergisinin artımı 7,8 faiz təşkil edir. Sığorta haqlarının yığımında da 10 faiz irəliləyiş var.

M.Mişustin bir faktı da vurğulayıb ki, keçən il Rusiyanın icmal büdcəsinə daxil olan yığımlarda 2017-ci illə müqayisədə 23 faiz artım olmuşdu.

©Vergilər.az

Son xəbərlər
Digər xəbərlər