15 C
Baku
Saturday, April 20, 2024

Rusiyada internet bahalaşıb

Rusiyanın internet provayderləri 2022-ci ilin fevral-mart aylarında xidmətlərinin qiymətlərini qaldırıblar.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xüsusilə, yanvar ayında “MTS”dən bir ay ərzində internet 599 rubla başa gəlirdisə, fevralda qiymət artıq 660 rubla çatıb.

Bazar iştirakçılarının və ekspertlərin fikrincə, qiymət artımı avadanlıq üçün komponentlərin qiymətinin artması, rublun məzənnəsinin qeyri-sabitliyi və xərclərlə bağlıdır.

“Qiymət dəyişikliyi cari abunə haqqının təxminən 9%-ni, yəni təxminən 60 rubl təşkil edib. Xidmətlərin qiymətindəki dəyişiklik şəbəkələrin saxlanması və qurulması xərclərinin ümumi artımı, elektrik enerjisi və xarici podratçılardan aldığımız xidmətlərin qiymətlərinin artması ilə əlaqələndirilir”, – mesajda bildirilir.

Moskvanın ən böyük provayderlərindən biri olan “Akado” da qiymətləri 2-4% artırıb. Şirkət tariflərdəki dəyişikliyi təsdiqləyib. “Biz uzun müddət xidmətlərdən istifadə edən sadiq abunəçilərə kompensasiya endirimləri təqdim etdik”, – provayderin nümayəndəsi söyləyib.

Bölgələrdə də internet qiymətləri qalxır. Məsələn, Sankt-Peterburq provayderi “Pin” müştərilərinə martın 1-dən xidmətlərin qiymətlərinin 10% artması barədə məlumat verib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın qlobal internetdən ayrılması xəbəri təkzib edilib. Fevralın 24-ü Ukraynada hərbi əməliyyat başlayandan dövlət qurumlarının və KİV “DDoS” hücumlarına məruz qalıb.

Son xəbərlər
Digər xəbərlər