2019-cu ilin ilk ayında Rusiya vətəndaşlarının Federal Vergi Xidmətinin (FVX) rəsmi saytı üzərindən ödədikləri vergi və digər yığımların məbləği 860 milyon rubl (22 milyon 197 min 800 manat) olub.
Vergiləri ödəmək üçün FVX-nin saytında “Vergi ödəyicisinin şəxsi kabineti” və “Vergi və rüsumların ödənişi” xidmətləri fəaliyyət göstərir. Bu xidmətlərdən vergi orqanı ilə müqaviləsi olan bank müştəriləri istifadə edə bilirlər. FVX-nin mətbuat xidmətinin dəqiqləşdirməsinə görə, hazırda 42 kredit təşkilatı da bu imkandan faydalana bilir. Xatırladaq ki, 2019-cu ildən Rusiya vətəndaşları əmlakın vergiyə cəlb olunması üçün tələb edilən sənədləri (buraya vergi güzəştlərinə dair ərizə, obyektlər haqqında məlumat, eləcə də vergi bildirişlərini almaq barədə müraciətlər də daxildir) məsafədən təqdim etmək imkanı qazanıblar. Bu əməliyyatı dövlət və bələdiyyə xidmətlərinin çoxfunksiyalı mərkəzləri vasitəsilə həyata keçirmək mümkündür.
©Vergilər