Dumada çıxış edən Rusiyanın patriarxı Kiril kasıblar üçün bank yaradılmasını təklif edib. Onun bildirdiyinə görə, hazırda Rusiyada olan bankların təklif etdikləri faiz dərəcələri gəlirləri aşağı olan insanlar üçün çox yüksək faiz tələb edirlər.
Patriarxın bu çıxışından bir neçə gün sonra, rusiya provoslav biznesmenləri bu bankı maliyyələşdirmək razılığını vermişdirlər.
Hazırda bankın adının qeydiyyatı prosesi getsədə, hələki bu bankın hansı model əsasında işləməsi müəyyən edilməmişdir.
Qeyd edək ki, Banqladeşdə bu prinsiplər əsasında bank yaratmış və buna görə nobel mükafatı almış Məhəmməd Yunus bu prosesi uğurla həyata keçirmişdir. Sonradan bu bank Grameen adı altında fəaliyyət göstərməklə aktiv milyondan artıq müştərini öz ətrafında birləşdirmişdir.