11 C
Baku
Tuesday, March 5, 2024

Rusiyada kollektor borcalanı güllələdi

Rusiyanın Çelyabinsk vilayətinin Mərkəzi rayon məhkəməsi «Домашние деньги» adlı mikromaliyyə təşkilatının əməkdaşını həbs etmişdir. Buna səbəb isə, şirkətin əməkdaşının borcalanı çiynindən güllələməsidir.

Şirkətin 29 yaşlı kollektoru «Домашние деньги» maliyyə təşkilatından borc alıb, lakin borcunu ödəyə bilməyən 40 yaşlı müştərinin evinə gəlir. Bu hər iki şəxs arasında mübahisə yaranır və bundan sonra maliyyə təşkilatının iqtisadi təhlükəsizlik əməkdaşı borcalanı çiynindən güllələmiş və hadisə yerindən qaçmışdır.

Rusiya mətbuatına sistinadən verilən məlumata görə, istintaq zamanı kollektorun evindən travmatik pistolet, snayper başlıqlı pnevmatik silah aşkar edilmişdir.

Qeyd edək ki, Rusiyada 2015-ci ildə vətəndaşların banklar qarşısında vaxtı keçmiş kreditlərinin səviyyəsu 50% artmışdır. Bundan əlavə, keçən ilin sonunda 17%-dən çox hesablarda pozğunluqlar qeydə alınmışdır.

Son xəbərlər
Digər xəbərlər