Rusiyada koronavirus vaksinin klinik tərcübələri yekunlaşdı, peyvəndlənmə aparılacaq

“Qamaleya İnstitutunun hazırladığı koronavirus vaksinin klinik sınaqları yekunlaşıb”.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşkov bildirib.

O qeyd edib ki, hazırda vaksinin qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanır.

Nazir həmçinin Rusiyada kütləvi peyvəndlənmənin anonsunu da verib: “Oktyabr ayında ölkədə kütləvi vaksinasiya prosesi başlayacaq”.

Onun sözlərinə görə, vaksinasiyadan ilk növbədə tibb işçiləri və müəllimlər keçəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər