16 C
Baku
Thursday, March 28, 2024

Rusiyada kosmonavtların maaşı 50 faiz artırılıb

Rusiyada kosmonavtların aylıq orta əməkhaqqısı 500 min rubl ( 6 560 ABŞ dolları) olacaq.

TASS xəbər verir ki, bunu Rusiya Kosmik fəaliyyət üzrə dövlət şirkəti baş direktorunun iqtisadiyyat və maliyyə məsələləri üzrə müavini Maksim Ovçinnikov bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin kosmonavtların əməkhaqlarının əhəmiyyətli dərəcədə artmasını elan edib:

“Bu, əsasən kosmonavt olmağa namizədlərə və kosmonavtlara aiddir. Namzidələrin aylıq əməkhaqqısı 70 faiz artaraq orta hesabla 300 min rubl (3 280 ABŞ dolları), kosmonavtların aylıq məvacibi isə 50 faiz artaraq orta hesabla 500 min rubl (6 560 ABŞ dollar) təşkil edəcək”.

Direktor müavinin bildirib ki, ABŞ astronavtları ayda orta hesabla 8-9 min dollar, Avropa İttifaqına üzv ölkələrin kosmonavtları isə 8 min dollardək əməkhaqqı alırlar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər