12 C
Baku
Saturday, November 23, 2024

Rusiyada “Kraken”ə yeni yoluxma qeydə alınıb

Rusiyada koronavirusun “Omicron” ştamının alt variantı “XBB.1.5” və yaxud “Kraken” ştamına daha bir yoluxma qeydə alınıb.

Bu barədə məlumatı Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) yayıb.

Bu, Rusiyada sözügedən ştama ikinci yoluxma halıdır və Tıva Respublikasında qeydə alınıb. Yoluxan şəxs xəstəliyi yüngül formada keçirir.

Xatırladaq ki, Rusiyada “Kraken” ştamına ilk yoluxma yanvarın 12-si Penza vilayətində aşkar edilib. “Rospotrebnadzor” ölkədə “Kraken” ştamının aşkar olunması ilə bağlı məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər