8 C
Baku
Thursday, March 28, 2024

Rusiyada kredit tarixçəsinə düzəlişlər etməyə icazə veriləcək

Rusiyada kredit tarixçəsində səhv məlumatları düzəltməyə icazə verilməsi planlaşdırılır. Qeyd edildiyi kimi, bu, 2021-ci ildə İxtisaslı Kredit Büroları haqqında qanununun qüvvəyə minməsindən sonra mümkün olacaq. Eyni zamanda vətəndaşlara fərdi borcların reytinqini sonsuz dəfə öyrənməyə icazə veriləcək, kredit üzrə qeydlərin saxlanma müddəti isə azaldılacaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, yeni qaydalara əsasən, vətəndaşların kredit tarixçəsi on il deyil, yeddi il saxlanılacaq ki, bu da bankların müştərilərinin uzaq keçmişdən bəzi mənfi məlumatları öyrənmək şanslarını azaldır.

2021-ci il yanvarın 1-dən etibarən Rusiya vətəndaşları məhkəmənin qərarı ilə kredit tarixçələrində düzəlişlər edə biləcəklər. Bu, bank dəyişiklik etməkdən imtina etdikdə və ya tamamilə yoxa çıxdıqda, borcalanın nüfuzunu xilas etməyə imkan verəcək. Qeyd edək ki, hal-hazırda Rusiyada bu proses heç bir şəkildə tənzimlənmir, buna görə borcalanın statusunda dəyişiklik etmək olduqca problemlidir.

Yeni qanun borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsində səhvlərin sayının azaldılmasına yönəldiləcək.

Mürəkkəb kredit tarixçəsi

Fərdi kredit reytinqi – bankların kredit vermək və ya verməmək barədə qərar verərkən diqqət etdikləri əsas göstəricilərdən biridir. Fərdi kredit reytinqi ödəyicinin nə qədər etibarlı olduğunu göstərir və ödənişlərdə gecikmə, iflas, həbs və digər neqativ hallar olduqda əhəmiyyətli dərəcədə aşağı düşür. .

Son illərdə Rusiyada kreditlərlə bağlı çətin vəziyyət yaranıb: banklar əsasən “ideal” borcalanlarla işləməyi üstün tutaraq potensial müştərilərdən tez-tez imtina edirlər. Hətta ölkənin iqtisadi inkişaf naziri belə ən böyük iki bankdan imtina cavabını alıb. Buna baxmayaraq, iyun ayının sonuna qədər Rusiya biznesi banklardan təxminən 1 trilyon rubl kredit götürüb.

Son xəbərlər
Digər xəbərlər