Rusiyada Mərkəzi Bank yaxud Maliyyə Nazirliyi tərəfindən kriptoinvestorların rəsmi siyahıyısı tutulacaq. Beləliklə, kriptoinvestorlar sertikatlaşmadan keçməli olacaqlar.
Kripto-pul kisəsi pasport məlumatlarına və vergi ödəyicisinin identifikasiya nömrəsinə əsaslacaq ki, bu da hesabların anonimliyinin qarşısını alacaq. Bununla belə, kriptoinvestorları biometrik məlumatlar əsasında da müəyyənləşdirmək mümkün olacaq. Kriptoinvestorların identifikasiyası çirki pullların yuyulması ilə mübarizə çərçivəsində lazım olacaq.
Rusiyanın Kriptovalyuta və Blokçeyn Assosasiyası da reystrin yaradılması haqqında xəbəri təsdiqləyib. Assosasiyanın məlumatına görə, hazırda Rusiyada 2 mln. kriptoinvestor var. Bu ilin sonuna onların sayının 3 mln.-a çatacağı, gələn ilin sonuna isə 4 mln.-a çatacağı gözlənilir.