6 C
Baku
Monday, December 16, 2024

Rusiyada kriptovalyuta leqallaşdırıldı

Rusiyada kriptovalyuta mayninqi leqallaşdırılıb, müvafiq qanun ölkə prezident Vladimir Putin tərəfindən imzalanıb. Sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Putin iyulun 17-də keçirilən iqtisadi toplantıda kriptovalyutaların və rəqəmsal aktivlərin tənzimlənməsi məsələsini qaldırıb. O, rəqəmsal rublla layihənin uğurlu olduğunu qeyd edib və həm Rusiya daxilində, həm də xarici tərəfdaşlarla münasibətlərdə rəqəmsal aktivlərin dövriyyəsi üçün tənzimləmə və infrastrukturun vaxtında qurulmasının vacib olduğunu vurğulayıb.

Maynerlərdən fəaliyyətləri nəticəsində rəqəmsal valyutanın alınması və identifikator ünvanları barədə səlahiyyətli orqana məlumat vermələri tələb olunacaq. Yalnız müvafiq reyestrə daxil ediləcək hüquqi şəxslər və fərdi sahibkarlar mayninqlə məşğul ola biləcəklər. Fiziki şəxslər reyestrə daxil edilmədən kriptovalyuta mayninqi ilə məşğul olacaqlar, lakin hökumət tərəfindən müəyyən edilmiş enerji istehlakı limitini aşmamaq şərti ilə.

İyulun 17-də Putin həmçinin bildirib ki, kriptovalyuta maynerləri tərəfindən nəzarətsiz elektrik istehlakı bir sıra regionlar üçün enerji çatışmazlığı riski yaradır. Onların arasında o, İrkutsk vilayəti və Buryatiyanın adını çəkib.

Son xəbərlər
Digər xəbərlər