Rusiyada miqrantlar üçün elektron şəxsiyyət vəsiqələri hazırlanır.
Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, 2025-ci ildən Moskvada miqrantlar üçün elektron şəxsiyyət vəsiqələri eksperimental olaraq tətbiq ediləcək.
Moskva meri qeyd edib ki, həmin elektron vəsiqədə əcnəbi haqqında bütün məlumatlar olacaq: gəliş tarixi, biometrik məlumatlar, iş yeri, yaşayış icazəsi, qeydiyyat. Sənəd qaydasında olmasa, polis əməkdaşı miqrant barəsində müvafiq tədbirlər görməyə borclu olacaq.
Sobyanin təcrübə çərçivəsində 2025-ci ildə Moskva hava limanlarında əcnəbilər üçün biometrik nəzarətin tətbiq olunacağını da söyləyib.