19 C
Baku
Wednesday, May 22, 2024

Rusiyada müsəlmanlar üçün Plastik kart istifadəyə verildi

Moskva Sənaye bankı müsəlmanlar üçün xüsusi plastik kart istifadəyə verdi. Bankın öz rəsmi saytında verdiyi məlumata görə, müştərilərə iki – “İslam” debet kartı, həmçinin premium və əmanət kartı olan “Zəvvar kartı” (iki növdə) təklif edilmişdir. 

Bank marketoloqlarının planına uyğun olaraq “İslam kartı” gündəlik ehtiyaclar üçün nəzərdə tutulub. Bu PayPass kontaktsız ödəniş funksiyasına malik ənənəvi debet kartıdır. “Zəvvar kartı” isə xüsusi olaraq Məkkəyə həcc ziyarəti üçün nəzərdə tutulub. Bu kartın üstün cəhətlərinə Səudiyyə Ərəbistanından xüsusi tariflərlə zəng etməyə imkan verən telefon xidməti və həmçinin Səudiyyə Ərəbistanında endirimli tariflərlə nağdlaşdırma kimi xüsusiyyətlər daxildir.

Bununla yanaşı, verilən məlumata görə, müsəlmanlar üçün nəzərdə tututulmuş bu kartlarda faiz hesablanması yoxdur və yatırılmış vəsaitlər şəriət tərəfindən qadağan edilmiş fəaliyyətlərin maliyyələşdirilməsi və həmçinin riskli əməliyyat üçün istifadə olunmur.

 Bank həmçinin kartdan istifadə edilərək hər ay edilən alış-verişlərin 0,5-0,75%-ni İslam xeyriyyəçiliyinə köçürəcək. Moskva Sənaye bankından verilən məlumata görə, şəriət maliyyə standartlarına uyğun gələn bu plastik kart Rusiya Müftilər Şurasının sədri tərəfindən də təsdiq edilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər