12 C
Baku
Monday, November 25, 2024

Rusiyada nağd valyuta alışı qadağan edilib

Rusiya Mərkəzi Bankı valyuta əməliyyatlarına məhdudiyyətlər qoyub. Martın 9-undan sentyabrın 9-nadək banklar əhaliyə nağd pul satmayacaq. Vurğulanır ki, xarici valyutada əmanətlər hesabın hansı valyutada olmasından asılı olmayaraq ABŞ dolları ilə veriləcək.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir ki, konvertasiya cari məzənnə ilə həyata keçiriləcək.

Tənzimləyici aydınlaşdırıb ki, vətəndaşların bütün vəsaitləri hesabın və ya əmanətin açıldığı valyutada saxlanılır və uçota alınır. Depozit şərtləri dəyişməyəcək.

“Müvəqqəti sərəncamın qüvvədə olduğu müddətdə banklar vətəndaşlara nağd pul satmayacaq. İstənilən vaxt və istənilən həcmdə nağd valyutanı rubla dəyişmək mümkün olacaq”, – mesajda bildirilir.

Xatırladaq ki, bundan əvvəl Mərkəzi Bank rusların xaricə bank köçürmələrini ayda 5 min dollar ilə məhdudlaşdırıb. Tənzimləyicinin fikrincə, bu, valyuta bazarında artan volatillik şəraitində maliyyə sabitliyini təmin etmək üçün lazımdır.

Son xəbərlər
Digər xəbərlər