27 C
Baku
Tuesday, July 23, 2024

Rusiyada neft nəqlinə dair məhdudiyyətlər SOCAR-a təsir etməyəcək

Rusiyanın neft kəmərləri operatoru olan “Transneft” şirkəti tərəfindən neft məhsulları nəqlinə dair dünəndən etibarən tətbiq edilən məhdudiyyət SOCAR-a şamil olunmayacaq.

Bakı-Novorossiysk boru kəməri ilə nəql olunan neft konkret müştərilərə ünvanlandığı üçün Rusiyanın Novorossiysk limanında birbaşa tankerlərə vurularaq yola salınır.

“Rusiya üzərindən Bakı-Novorossiysk kəməri ilə nəql etdiyimiz hər bir neft partiyası üçün müştəridən tanker hazırdır. Odur ki, neftimiz terminalda qalmır, “Transneft”in tətbiq etdiyi məhdudiyyətlər bizə şamil olmayacaq”, – mənbə bildirib.

Qeyd edək ki, “Transneft” limanlardakı anbarlarının dolu olduğu üçün konkret müştərisi olmayan şirkətlərdən boru kəməri şəbəkəsinə neft qəbuluna məhdudiyyət qoyub.

Azərbaycan Rusiya üzərindən aprel ayında 85 min ton neft görndərməyi nəzərdə tutur. Sonrakı dövrdə göndəriləcək neftin miqdarı razılaşdırılacaq. Hazırda Novorossiysk limanında dayanmış bir tanker aprelin əvvəlinədək 80 min ton Azərbaycan neftilə yola düşəcək.

Yanvar ayında Bakı-Novorossiysk kəməri vasitəsilə 80 min ton, fevralda isə 160 min ton, yəni iki tankerin yükü qədər neft ixrac olunub. 2021-ci ildə 1,08 milyon ton neft ixrac olunduğu həmin kəmərlə cari il ərzində 1,3 milyon tonadək neft ötürmək nəzərdə tutulur.

Azərbaycan sözügedən boru kəmərilə 1997-ci ildən neft ixracını həyata keçirir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər