15 C
Baku
Bazar, Oktyabr 24, 2021

Rusiyada olan vətəndaşlarımız ardıcıl və növbəlilik əsasında ölkəyə gətiriləcək

“Azərbaycan ərazisində son günlər ərzində koronavirusla bağlı aşkar olunan pozitiv testlərin 20 faizi Rusiyadan gələnlər arasında müəyyən edilib”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, son günlər Samur keçid məntəqələrində Rusiyadan qayıtmaq istəyən insanların toplaşması halları müşahidə olunur: “Rusiyada olan vətəndaşlarımız ardıcıl və növbəlilik əsasında ölkəyə gətiriləcək. “Evə gəlirəm” portalı vasitəsində qeydiyyatdan keçən şəxslərin ardıcıllıq nömrəsi təyin ediləcək. Onlar da müəyyən qruplar şəkildə ölkəyə buraxılacaq”.

H.Hacıyev qeyd edib ki, 200-400 sayda insanın növbəli şəkildə gəlişi təmin ediləcək: “Bu günə qədər qaynar xəttə 550 Rusiyada yaşayan Azərbaycan vətəndaşı müraciət edib və onların da adı sistemə yüklənəcək. İlk növbədə onların gəlişinə üstünlük veriləcək”.

©Report

Son xəbərlər
Oxşar xəbərlər