26 C
Baku
Monday, June 27, 2022

Rusiyada orta əməkhaqqı 936 dollardan 450 dollara düşüb

2015-ci ildə Rusiyada orta əməkhaqqı 558 dollara düşüb. Bu, 2014-cü ilin orta əməkhaqqı ilə müqayisədə 34% azalma deməkdir.  Hesabatı Ali İqtisadiyyat Məktəbi açıqlayıb.

Hesabata əsasən, 2014-cü ildə orta əməkhaqqının məbləğində 10% eniş qeydə alınıb. 2013-cü ildə orta əməkhaqqı 936 dollar olub, 2014-cü ildə 847 dollara enib.

Ali İqtisadiyyat Məktəbinin hesabatında bildirilir ki, 2015-ci ildə Rusiyada orta əməkhaqqının məbləği Macarıstandakı orta əməkhaqqının 60%-nə, Çexiyadakı orta əməkhaqqının 50%-nə bərabər olub.

Əmanət Bankının ötən həftə açıqladığı rəqəmlərə görə isə hazırda Rusiyada orta əməkhaqqı 450 dollardır.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 485,5 manat təşkil edib. Bu, 325 dollardan bir qədər çoxdur.

-Transparency(AZ)

Son xəbərlər
Oxşar xəbərlər