26 C
Baku
Saturday, July 27, 2024

Rusiyada prezident seçkilərinin tarixi açıqlanıb

Rusiyada prezident seçkilərinin tarixi açıqlanıb. Məlumata görə, prezident seçkiləri martın 17-də keçiriləcək. Müvafiq qərar Federasiya Şurası tərəfindən qəbul edilib.

Xatırladaq ki, prezident seçkilərinin tarixi Federasiya Şurası tərəfindən səsvermə gününə 100 gün qalmış müəyyən edilir. Sənəd rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova öz növbəsində bildirib ki, dekabrın 8-də Mərkəzi Seçki Komissiyası üç gün ərzində prezident seçkilərində səsvermə ilə bağlı qərar layihəsinə baxacaq.

Son xəbərlər
Digər xəbərlər