Rusiyada Putinin etimadı artıb

Rusiyada əhali arasında ölkə Prezidenti Vladimir Putinə etimad səviyyəsi artıb.

Bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin məlumatında bildirilir.

Məlumata görə, yanvarın 23-dən 29-na qədər Putinə etimad səviyyəsi 0.7 faiz bəndi artaraq 79.2% təşkil edib. Putinin fəaliyyətinə olan etimad səviyyəsi isə 0.2 faiz bəndi artaraq 75.7% olub.

Sorğu sözügedən tarixlərdə yetkinlik yaşına çatmış 1.6 min rusiyalı arasında keçirilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər