7 C
Baku
Sunday, March 3, 2024

Rusiyada qəfil hərbi yoxlama başlayıb

Rusiyada Prezident Vladimir Putinin qərarı ilə Cənub və Qərb Hərbi Dairələrinin, mərkəzi tabeçilikdəki ayrı-ayrı birləşmələrinin, Hava-Desant Qüvvələrinin və Şimal və Sakit okean donanmalarının dəniz piyadalarının qəfil yoxlanışı həyata keçirilir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Cənub Hərbi Dairəsinin və Qərb Hərbi Dairəsinin qoşunlarının yoxlanışı Rusiya Silahlı Qüvvələrinin cənub-qərbdə təhlükəsizliyi təmin etmək və “Qafqaz-2020” təlimlərinə hazırlıq qabiliyyətini qiymətləndirmək üçün aparılır.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər