12 C
Baku
Saturday, November 9, 2024

Rusiyada qazın qiyməti qalxdı

Rusiyanın Federal Antiinhisar Xidməti iyulun 1-dən “Qazprom” və onun törəmə şirkətləri tərəfindən istehsal olunan qazın topdansatış qiymətlərini təsdiqləyib.

Bu barədə hüquqi informasiya portalında məlumat verilib.

Bildirilir ki, sənaye müəssisələri üçün qaz 5% bahalaşacaq.

Ən yüksək qiymət Adıgeya, Dağıstan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Çeçenistan, Krasnodar və Stavropol diyarları üçün müəyyən ediləcək. Burada qiymət 1000 kubmetr üçün 5413 rubl müəyyən edilib.

Ən aşağı qiymət Yamalo-Nenets Muxtar Dairəsi üçün təsdiqlənib. Burda isə tariflər 1000 kubmetr üçün 2907 rubl.

Moskva və Moskva vilayətinin müəssisələri 1000 kubmetr üçün 5303 rubl, Sankt-Peterburq və Leninqrad vilayətinin müəssisələri isə hər biri 5115 rubl ödəyəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər