10 C
Baku
Thursday, December 12, 2024

Rusiyada qırmızı kürünün qiyməti tarixi maksimuma çatıb

Bu ilin oktyabr ayında Rusiyada 1 kq qızılbalıq kürüsünün orta pərakəndə satış qiyməti 2000-ci ildən bəri müşahidələr tarixində maksimuma çataraq 5 min rubl (68,1 ABŞ dolları) həddini keçib.

Bu barədə RBK Federal Dövlət Statistika Xidmətinə (“Rosstat”) istinadən yazır.

Məlumata görə, qırmızı kürünün bahalaşması Balıqçılıq üzrə Federal Agentliyin əks proqnozuna və qızılbalıq istehsalının artmasına baxmayaraq baş verir. “Rosstat” həmçinin soyudulmuş və dondurulmuş qırmızı balığın qiymətlərində də artımın müşahidə edildiyini bildirir. Belə ki, 2021-ci ilin oktyabr ayında sözügedən məhsulun 1 kq qiyməti 16% artaraq 726,9 rubldan (9,9 dollar) 845,3 rubla (11,5 dollar) yüksəlib.

Pərakəndə satışda qızılbalıq kürüsü 2020-ci ilin əvvəlindən davamlı olaraq bahalaşır. 2020-ci ilin noyabr ayında, Yeni il tətilləri ərəfəsində orta qiymətlər 4 min rublu (54,5 dollar) keçib. Bununla da, 2018-ci ilin avqustunda qeydə alınan əvvəlki rekord (3,9 min rubl – 53,1 dollar) vurulub dan.

Balıqçılıq üzrə Federal Agentliyin 2021-ci ilin noyabr ayına olan məlumatına görə, istehsal strukturunun demək olar ki, 45%-i qızılbalığın payına düşür – doqquz ayda becərmə həcmi təxminən 120 min ton təşkil edib, bu da əvvəlki illə müqayisədə 29% çoxdur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər