31 C
Baku
Monday, July 15, 2024

Rusiyada “Roshen” və “Konti” şirniyyatlarına qadağa qoyula bilər

Rusiya Dövlət Dumasının deputat Dmitri Qusev ölkə ərazisində bir sıra məhsulların satışının qadağan edilməsi təklifini irəli sürüb.

Bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd olunub ki, söhbət “Roshen” və “Konti” şirniyyatlarından, “Nemiroff”, “Xortitsa” araqlarından və bir sıra digər məhsullardan gedir.

Bildirilib ki, buna səbəb bu məhsulların Ukrayna istehsalı olması və onların satışından əldə olunan gəlirin bir hissəsinin Ukrayna Silahlı Qüvvələrinin dəstəklənməsinə yönəldilməsidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər