6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Rusiyada şəbəkə yüklənməsi operatorları investisiya proqramlarına yenidən baxmağa məcbur edib

Rusiyada şəbəkə yüklənməsi operatorlarını investisiya proqramlarını yenidən nəzərdən keçirməyə məcbur edib.

“ComNews” verdiyi məlumata görə, bu barədə “Renesans Kapital”ın dərc etdiyi araşdırmada deyilir.

Rusiyada özünütəcrid rejimi onlayn xidmətlərə tələbi artırıb ki, bu da, öz növbəsində, həm mobil, həm də sabit rabitə şəbəkələrində trafik mübadiləsinin artımına səbəb olub.

Qeyd olunub ki, operatorların şəbəkələrində səs trafikinin də artacağı gözlənilir. Operatorlar tərəfindən yayımlanan ilk məlumatlar onu göstərir ki, abunəçilərin mart ayının ortalarından başlayaraq izolyasiya rejiminə keçməyə başlayıb ki, aprel ayında şəbəkə yüklənməsi artmağa davam edib.

“Renesans Kapital”ın hesablamalarına görə, sabit genişzolaqlı və mobil şəbəkələrin trafik ötürmə qabiliyyəti hər bölgə üzrə 20-30% artacaq. Bu da qismən şirkətlərin gəlirlərinin artmasına töhfə verəcək.

©APA

Son xəbərlər
Oxşar xəbərlər