13 C
Baku
Friday, April 19, 2024

Rusiyada səfərbərlik çərçivəsində orduya çağırılanlara ödəniləcək aylıq məvacibin həcmi açıqlanıb

Qismən səfərbərlik çərçivəsində Rusiya Silahlı Qüvvələrin sıralarına çağırılan rusiyalılar ayda 205 min rubl (5725 AZN, 3367 ABŞ dolları) və ya daha çox müavinət alacaqlar.

Bunu Yakutiyanın hərbi komissarı Aleksandr Avdonin bildirib.

“Səfərbərliyə çağırılan bütün vətəndaşlar müqavilə üzrə hərbi qulluqçulara bərabər tutulur, vəzifəsindən və hərbi rütbəsindən asılı olaraq eyni miqdarda, 205 min rubldan başlayaraq pul müavinəti alırlar”, – deyə hərbi komissar Yakutiya Respublikasının operativ qərargahın brifinqində qeyd edib.

Onun sözlərinə görə, ilk növbədə, qismən səfərbərliyə ən azı üç il bundan öncə hərbi xidmət keçmiş və hərbi xidmət vərdişlərinə malik gənclər çağırılır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər