21 C
Baku
Friday, April 26, 2024

Rusiyada sərhədyanı şəhərlərə aviabiletlərin qiyməti kəskin artıb

Türkiyə, Ermənistan və BƏƏ-yə biletlərə tələbat kəskin artdıqdan sonra elan edilən səfərbərlik fonunda ruslar sərhədyanı Murmansk, Omsk, Orsk və Çeylabinsk şəhərləri vasitəsilə aktiv şəkildə Norveç, Qazaxıstan və Monqolustan axmağa başlayıblar.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bildirilir ki, bəzi reyslərin qiymətləri iki-üç dəfə artıb və qısa zamanda tükənib. Sentyabrın 28-i “Aeroflot” şirkəti ilə ən ucuz uçuş 17.7 min rubldan 40.8 min rubla (517-1192 AZN) qədər başa gəlir. Yüksək qiymətlərə baxmayaraq, demək olar ki, bütün biletlər artıq satılıb.

Sərnişin sığortası polisinin satış dinamikasına əsasən, ayrı-ayrı iri aviaşirkətlərin biletlərinə tələbat ötən həftə iki və ya üç günə 2-2.5 dəfə artıb. Ekspertlərin fikrincə, hal-hazırkı vəziyyət fevralın sonuna müşahidə olunan partlayışlara bənzəyir və təxminən iki həftə davam edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər