-1 C
Baku
Sunday, December 15, 2024

Rusiyada saxta pul satan azərbaycanlılar tutuldu

Onlardan biri 4, digəri 3 il müddətinə azadlıqdan məhrum edilib.
Rusiyada saxta əsginas alveri ilə məşğul olan iki azərbaycanlı tutulub.

ANS PRESS-in məlumatına görə, onlar Komi respublikasında 5000 rubl (120 AZN) dəyərində olan saxta pulu satmağa macal tapmamış saxlanılıblar.

Komi şəhər prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Aqşin Rəfiyev və Həbib İsmayılov adlı iki Azərbaycan vətəndaşı 2015-ci ilin yanvarında Sıktıvkar şəhərinə maşınla gəliblər. Burada onlar Mərkəzi Bankın 194 ədəd 5000 rublluq saxta əsginasını satıblar. Yoldaşlar bu şəhərin müxtəlif ticarət nöqtələrində daha beş ədəd saxta əsginas sata biliblər.

Aqşin Rəfiyev polislər tərəfindən ələ keçirildikdən sonra avtomobildə olan pulun bir hissəsini maşından ata bilib. Lakin saxta pulların bir qismi maşında aşkar edilib.

Sıktıvkar şəhər məhkəməsi Moskvada yaşayan və saxta pulların satışı ilə məşğul olan iki Azərbaycan vətəndaşını təqsirli bilib.

Məhkəmə Aqşin Rəfiyevə 4 il müddətinə həbs və 300 min rubl (7230 AZN) məbləğində cərimə, Həbib İsmayılova isə üç il müddətinə azadlıqdan məhrumolma və 200 min rubl (4820 AZN) məbləğində cərimə təyin edib. Hər iki azərbaycanlı cəzasını ümumi rejimli cəzaçəkmə koloniyasında çəkəcək.

Son xəbərlər
Digər xəbərlər