Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun bazasında Çin lideri Si Cinpinin ideyalarını öyrənmək üçün Rusiyada ilk laboratoriya yaradılıb.
Bu barədə İnstitutun saytında yerləşdirilən məlumatda deyilir .
Tədqiqat Si Cinpinin iqtisadiyyat, xarici və daxili siyasət, eləcə də sosial siyasət, mədəniyyət, incəsənət və ekologiya sahələrindəki ideyalarına diqqət yetirəcək.
Laboratoriyaya Rusiyanın müxtəlif aparıcı institutlarının tədqiqatçıları daxildir. Laboratoriyada Çinin elmi mərkəzləri ilə əlaqələr qurulacaq, həmçinin birgə konfranslar və dəyirmi masalar keçiriləcək.
2025-ci ildə laboratoriya rusiyalıları Si Cinpinin ideyaları və onların Çinin inkişafı üçün əhəmiyyəti ilə tanış edəcək “böyük elmi monoqrafiya” nəşr etdirəcək.
Bu laboratoriya Çindən kənarda ilk belə elmi mərkəzdir.