25 C
Baku
Thursday, July 17, 2025

Rusiyada sonradan əldə olunmuş vətəndaşlıqla bağlı qaydalar sərtləşdirilir

Rusiyada sonradan əldə olunmuş vətəndaşlıqdan məhrumetmə üçün əsasların siyahısı genişləndirilə bilər.

Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

O qeyd edib ki, bu gün Dövlət Dumasının nümayəndələri ilə məsləhətləşmələr keçirilib, bu məsləhətləşmələr zamanı Rusiya Federasiyası Cinayət Məcəlləsində vətəndaşlıqdan məhrum edilməsi üçün yeni əsaslar yaradan əlavə maddələri nəzərdən keçirilib.

Onun sözlərinə görə, qətl, qrup şəklində zorlama, qeyri-qanuni miqrasiyanın təşkili, pornoqrafik materialların hazırlanması, yetkinlik yaşına çatmayanların pornoqrafik təsvirlərini ehtiva edən materialların istehsalı və dövriyyəsi sonradan əldə edilmiş vətəndaşlıqdan məhrum etmək üçün əsas ola bilər.

Yeni qanunun iyulun 23-dək qəbul ediləcəyi gözlənilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər