7 C
Baku
Sunday, December 15, 2024

Rusiyada spirtli içkilərin satışı qadağan edilə bilər

Rusiyada yaşayış binalarında yerləşən mağaza və kafelərdə spirtli içkilərin satışı qadağan edilə bilər.

Belə bir qanun layihəsi yaxın vaxtlarda Dövlət Dumasına təqdim olunacaq.

Sakinlərin bu cür müəssisələrlə bağlı tez-tez şikayətləri olduğu üçün deputatlar bu təşəbbüslə çıxış ediblər.

Bildirilir ki, 2020-ci ildə gecə “içki”nin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qəbul edilən qanun problemi həll etməyib, bununla bağlı yeni tədbirlərin görülməsinə ehtiyac yaranıb.

Dövlət Dumasının tikinti və mənzil-kommunal təsərrüfat komitəsi sədrinin birinci müavini Vladimir Koşelev yarı qanuni alkoqol ticarətinin “Rusiyanın əksər şimal və cənub şəhərlərinin bəlası” olduğu fikrini ifadə edib.

Biznes nümayəndələri hesab edir ki, belə bir qadağa şəxsi biznesə mənfi təsir göstərə bilər, həmçinin spirtli içkilərin qanunsuz dövriyyəsinin faizini artıra bilər. İş adamları sivil satış məntəqələrini qanunu pozanlardan ayırmağı təklif ediblər.

Son xəbərlər
Digər xəbərlər