Rusiyada məktəblilər və tələbələr üçün yeni tədris ili sentyabrın 1-də başlayacaq.
TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rusiya-1” telekanalına verdiyi müsahibədə deyib.
“Əlbəttə ki, qərar regional və hökumət səviyyəsində qəbul edilib”, – deyə Putin qeyd edib.
O həmçinin bildirib ki, sanitar həkimlərin tələblərinə riayət etmək lazımdır. Məktəblərdə qoruyucu maskalardan bəhs edən Putin bəzən çətin olduğunu qeyd edib: “Müəllimlər üçün asan deyil. Bütün bunları anlamalıyıq”.
Rusiya Prezidenti koronavirus səbəbindən təhsil prosesinin təşkilinə çevik və yaradıcı bir şəkildə, hazırlığın keyfiyyətinə zərər vermədən yanaşmaq lazım olduğunu da vurğulayıb.







