8 C
Baku
Thursday, December 12, 2024

Rusiyada təyyarə biletlərinin qiyməti bahalaşır – Rəqəmlər

Bu ilin yanvarından avqust ayına qədər Rusiyada ekonom-sinif aviabiletlərinin qiyməti 24,1 faiz bahalaşıb. Bahalaşma 2008-ci ildə baş verən dünya böhranından bəri ən intensiv xarakter alıb. Bundan əlavə, 2018-ci illə müqayisədə ekonom-sinif biletlərinin orta qiymətində də 18,3 faizlik bahalaşma müşahidə olunub. Əvvəlki illərdə isə qiymət artımı 2-19 faiz arasında dəyişirdi. Bildirilir ki, bu artım təyyarə biletlərinə tətbiq edilməsi planlaşdırılan əlavə rüsumlarla bağlı ola bilər.

Rusiyanın Nəqliyyat naziri Yevgeni Ditrix Şərq İqtisadi Forumu çərçivəsində rəhbərlik etdiyi qurumun sentyabr ayında aviabiletlərin qiymətinin ucuzlaşmasına yönələn yeni tədbirlər kompleksi təqdim edəcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər