“Uraslib” bankının sahibi və Rusiyanın varlı biznesmenlərindən biri olan Vladimir Koqan dünyasını dəyişib.
Bu haqda sözügedən bankın saytında məlumat verilib. İş adamının 56 yaşında vəfat etdiyi bildirilir.
Xatırladaq ki, “Uraslib” 2018-ci ilin iyun ayında Koqanın insult keçirməsi haqda məlumat vermişdi. Həmin hadisədən sonra KİV-də onun komada olması haqda xəbərlər yayılmışdı. Bank, buna açıqlama olaraq, bildirmişdi ki, biznesmen keçirdiyi insultdan sonra reabilitasiya olunur və həyatı üçün heç bir təhlükə yoxdur.
©Qafqazinfo.az