Rusiyada “Tax free” sisteminin tətbiqi genişləndiriləcək

0

Rusiyanın Sənaye-Ticarət Nazirliyi 2021-ci ildən bütün ölkə ərazisində “Tax free” sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb. 

Report agentliyi bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məlumata görə, sənəd qonşu ölkənin normativ-hüquqi aktların layihələri ilə bağlı federal portalında dərc edilib. 

Nazirlik “Tax free” çərçivəsində əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması üçün minimal alış-verişin dəyəri ilə bağlı tələbin 10 min rubldan 8 min rubla qədər azaldılmasını, aksizli malların, xüsusilə spirtli içkilər və tütün məhsullarının ixracı zamanı verginin geri qaytarılmasına icazə verilməsini təklif edib.

Müvafiq qanun layihəs qəbul edilsə, 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.