12 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Rusiyada tibbi maskalar üçün özütəmizlənən parça istehsal ediləcək

Rusiyada 2021-ci ildə özütəmizlənən parçaların istehsalına başlanacaq.

“RİA Novosti” xəbər verir ki, bu barədə Boreskov adına Rusiya Kataliz İnstitutunun mətbuat xidməti məlumat verib.

Söhbət ultrabənövşəyi şüalanma və günəş işığının təsiri altında bakteriyalardan və viral hissəciklərdən müstəqil şəkildə təmizlənən titan dioksid əsaslı parçadan gedir.

Bu texnologiya Novosibirsk Dövlət Universiteti və Rusiya Kataliz İnstitutunun əməkdaşları tərəfindən hazırlanıb.

Gələcəkdə bu cür parçalardan tibbi maskalar və qoruyucu kostyumların tikilməsi planlaşdırılır.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər